"Qarabağ" komandası Xankəndidə tələbələrlə görüşdü - FOTOLAR

Qarabağa səfər edən "Qarabağ" Futbol Klubu Xankəndidə olublar.
"Mediasport" xəbər verir ki, Ağdam klubunun rəhbərliyi, baş məşqçisi Qurban Qurbanov və futbolçuları burada tələbələrlə görüşüblər.
Qarabağ Universitetində baş tutan görüş zamanı təhsil ocağının rektoru Şahin Bayramov komanda üzvlərini salamlayaraq, onlara universitet barədə məlumat verib.
"Qarabağ"ın əldə etdiyi nailiyyətlərdən də söz açan rektor komandaya gələcək oyunlarında uğurlar arzulayıb.
"Qarabağ" klubu tərəfindən universitetə imzalı top və forma hədiyyə olunub. Daha sonra komanda üzvləri Qarabağ Universiteti ilə tanış olublar.