46 yaşlı Avropa çempionu 7-ci Liqa klubu ilə müqavilə bağladı
2008-ci ildə İspaniya milli komandasının heyətində Avropa çempionu olmuş Daniel Quisa özünə yeni klub tapıb.
"Mediasport" xəbər verir ki, 46 yaşlı hücumçu 7-ci Liqada oynayacaq.
Forvard ölkəsində Trebuxena şəhərinin eyniadlı təmsilçisi ilə bir illik müqavilə bağlayıb.
AVRO-2008-də Yunanıstan və Rusiya seçmələrinə qol vurmuş Quisa millidə ümumilikdə 21 matç keçirib, 6 dəfə fərqlənib.
O, karyerası ərzində "Malyorka", "Xetafe", "Fənərbaxça", "Kadis" kimi klublarda çıxış edib, 2013-cü ildə Paraqvayda "Serro Porteno" ilə ölkə çempionu olub.


