Nərimandan məhsuldar ötürmə, komandası növbəti mərhələdə
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolumbus Kryu" ABŞ Açıq Kubokunda yarımfinala vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, yığmamızın üzvünün komandası 1/4 finalda "Nyu-York Siti"ni minimal hesabla məğlub edərək növbəti mərhələyə adını yazdırıb.
Nəriman həmin matçda vurulan yeganə qolun məhsuldar ötürməsinin müəllifi olub.
Xatırladaq ki, forvard qış transfer pəncərəsində "Qarabağ"dan ABŞ klubuna yollanıb.


