Yığmamızın hər iki oyununu macar hakimlər idarə edəcəklər

Yığmamızın hər iki oyununu macar hakimlər idarə edəcəklər

Azərbaycan milli komandası Malta və San Marino ilə yoldaşlıq oyunları keçirəcək.

"Mediasport" xəbər verir ki, qarşılaşmaları Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Görüşlər müvafiq olaraq 5 iyun və 9 iyunda baş tutacaq.

Yoldaşlıq görüşü

5 iyun

22:00. Azərbaycan - Malta

Baş hakim: Mixali Kaprali

Baş hakimin köməkçiləri: Balaş Buzaş, Bençe Belitsa

Dördüncü hakim: Tamaş Boqnar

"Haladaş" stadionu, Sombatxey, Macarıstan.

9 iyun

22:00. Azərbaycan - San Marino

Baş hakim: Marton Ruş

Baş hakimin köməkçiləri: Balaş Şert, Balaş Şalai

Dördüncü hakim: Bençe Çsonka

"Haladaş" stadionu, Sombatxey, Macarıstan.