Yığmamız İslandiya millisindən revanş ala bilmədi - YENİLƏNDİ
Futbol üzrə Azərbaycanın əsas milli komandası DÇ-2026-nın seçmə qrup mərhələsində növbəti görüşünü keçirib.
"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv D qrupunun 5-ci turunda İslandiya futbolçularını qəbul edib.
8-ci kilometr stadionunda reallaşan matç qonaqların qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, noyabrın 16-da Respublika stadionunda Fransa yığması ilə üz-üzə gələcək seçməmiz qrupda daha əvvəl keçirdiyi 4 matçın 3-də uduzub, 1-də heç-heçə edib.
İslandiya (0:5), Fransa (0:3) və Ukraynaya (1:2) uduzan futbolçularımız sonuncularla Bakıda bərabərə qalıblar (1:1).
Millimiz hazırda 1 xalla 4 komandalı qrupda sonuncudur. Lider Fransanın 10 xalı var.
DÇ-2026. Avropa zonası. Seçmə qrup mərhələsi
Azərbaycan - İslandiya 0:2
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Vladan Todoroviç, Srcan Yovanovi
Dördüncü hakim: Miloş Boşkoviç (Hamısı Monteneqro)
VAR hakimləri: Momçilo Markoviç, Aleksandar Jivkoviç (hər ikisi Serbiya)
Bakı, 8-ci kilometr stadionu.
Azərbaycan: 12. Aydın Bayramov, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 8. Emin Mahmudov, 20. Abdulah Xaybulayev, 3. Rüfət Abbasov, 7. Toral Bayramov, 19. Xəyal Əliyev, 10. Nəriman Axundzadə.
Baş məşqçi: Ayxan Abbasov.
İslandiya: 1. Elias Rafn Olafsson, 14. Mikael Egill Ellertsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Plasson, 9. Hakon Arnar Haraldsson, 8. İsak Berqmann Yohannesson, 7. Yohan Qudmunsson, 20. Kristian Hlinsson, 10. Albert Qudmunsson, 22. Andri Qudyonsen.
Baş məşqçi: Arnar Qunnlauqsson.
