Pley-off qarşılaşmasının nominal meydan sahibi müəyyənləşdi

Futbol üzrə Azərbaycan II Liqasında pley-off matçının nominal meydan sahibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, bununla əlaqədar keçirilən püşkatma mərasimində PFL-lə yanaşı, “Lerik” və “Şirvan” klublarının nümayəndələri iştirak ediblər.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Lerik” klubun nümayəndəsi Bəxtiyar Əliyev, “Şirvan” klubun meneceri Miremin Məmmədov ilə təmsil olunub.
Püşkatmaya əsasən “Lerik” nominal meydan sahibi olub.
Qeyd edək ki, 2-ci Liqaya vəsiqə uğrunda matç mayın 29-da “ASCO Arena”da keçiriləcək. Oyun saat 16:00-da başlanacaq.