SON DƏQİQƏ! "Sabah" Vasili Berezutski ilə yollarını ayırdı

 SON DƏQİQƏ! "Sabah" Vasili Berezutski ilə yollarını ayırdı

“Sabah” baş məşqçi Vasili Berezutski ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, tərəflər müqaviləyə rusiyalı mütəxəssisin ailəvi səbəblərindən dolayı xitam veriblər.

Masazır klubu mütəxəssisə təşəkkürünü bildirib:

"Biz Vasili Berezutskiyə və ailəsinə ən xoş arzularımızı çatdırır, həyat yoldaşına tezliklə sağalmağı və möhkəm can sağlığı arzulayırıq".

Qeyd edək ki, "bayquşlar" tarixlərində yeganə titulu onun rəhbərliyi altında qazanıblar. “Sabah” başa çatan mövsüm Azərbaycan Kubokunun qalibi olub.