"Sabah"dan ayrılan Boyan Letiç vidalaşdı: "Hər şeydən öncə..."

"Sabah"dan ayrılan Boyan Letiç vidalaşdı: "Hər şeydən öncə..."

“Yollarımız ayrılsa da, “Sabah”ın mənim qəlbimdə hər zaman xüsusi yeri olacaq. Buradan başıuca ayrılıram və sizə ən böyük nailiyyətlər arzulayıram".

"Mediasport" xəbər verir ki, bu fikirlər "Sabah"dan ayrılan Boyan Letiçə məxsusdur.

Bosniya və herseqovinalı futbolçu sosial şəbəkə hesabında Azərbaycan kareyrası ilə bağlı vida paylaşımı edib:

"Mənə güvəndikləri üçün rəhbərliyə, göstərdikləri dəstəyə görə məşqçilər heyətinə və çiyin-çiyinə mübarizə apardığımız hər bir komanda yoldaşıma təşəkkür edirəm.

Amma hər şeydən öncə, azarkeşlərə minnətdaram: sizin qeyd-şərtsiz dəstəyiniz hər oyunda mənim əsas güc mənbəyim olub.

Sizin səmimiyyətinizi heç vaxt unutmayacağam”.