Premyer Liqa klubunun 30 yaşlı kapitanı karyerasını başa vurur

Premyer Liqa klubunun 30 yaşlı kapitanı karyerasını başa vurur

"Sumqayıt"ın kapitanı Vüqar Mustafayev futbolçu karyerasını başa vurur.

"Mediasport" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bununla bağlı mayın 17-də, Misli Premyer Liqasının XXXV turunda "Turan Tovuz"la matçdan əvvəl tədbir keçiriləcək. 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "gənclik şəhəri" təmsilçisinin formasını geyinir.