Elçin Məsiyev AL-də "Anderlext" - "Zalsburq" matçını idarə edəcək
FİFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
"Mediasport" xəbər verir ki, 35 yaşlı hakim noyabrın 5-də Liqa mərhələsinin 4-cü turu çərçivəsində Belçikada keçiriləcək "Anderlext" - "Zalsburq" (Avstriya) qarşılaşmasın idarə edəcək.
Ona yan xətlərdə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər.
Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.
Matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

