Premyer Liqada mövsümün azarkeş rekordu qeydə alındı

Premyer Liqada mövsümün azarkeş rekordu qeydə alındı

Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən “Kəpəz” – “Turan Tovuz” matçı mövsümün yeni tamaşaçı rekordu ilə yadda qalıb.

"Mediasport" xəbər verir ki, Gəncədə yeni tikilmiş stadionda baş tutan qərb derbisini 13500 azarkeş izləyib.

Bu, cari mövsümün ən böyük statistikası olub.

Qarşılaşma gəncəlilərin qələbəsi ilə yekunlaşıb (1:0).