PSJ - "Tottenhem" finalının azərbaycanlı hakimi mükafat aldı

PSJ - "Tottenhem" finalının azərbaycanlı hakimi mükafat aldı

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA Superkubokunun PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasında dördüncü hakim kimi fəaliyyət göstərib.

"Mediasport" xəbər verir ki, oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edib.

İtaliyanın Udine şəhərində yerləşən “Friuli” stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan PSJ Superkubokun sahibi olub.

Elçin Məsiyev bu təyinatla UEFA Superkuboku matçında iştirak edən ilk azərbaycanlı hakim kimi futbol tariximizə düşüb.

Görüşdən sonra o, UEFA tərəfindən xüsusi mükafatla təltif edilib.