"Araz-Naxçıvan" Türkiyədə "Trabzonspor"la qarşılaşacaq

Yay hazırlığını iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın yoldaşlıq oyunlarındakı rəqibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, komanda hər 3 matçda Türkiyə təmsilçiləri ilə qarşılaşacaq.
İyulun 9-da "Bayburtspor"la üz-üzə gələcək Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv bundan 2 gün sonra Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor"la qüvvəsini sınayacaq.
"Araz-Naxçıvan" üçüncü matçını iyulun 17-də keçirəcək. Komanda Super Liqanın digər təmsilçisi "Trabzonspor"la qarşılaşacaq.