Azərbaycan Kubokunun final matçını Elçin Məsiyev idarə edəcək
Mayın 13-də keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final oyununun hakimləri açıqlanıb.
"Mediasport" xəbər verir ki, "Palms Sports Arena"da baş tutacaq həlledici qarşılaşmada əsas söz sahibi Elçin Məsiyev olacaq.
Qarşılaşma saat 20:00-da başlanacaq.
Azərbaycan Kuboku. Final
13 may
20:00. "Sabah" - "Zirə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
"Palms Sports Arena
