Türkiyəli keçmiş hakim "Neftçi"də fəaliyyətə başladı - RƏSMİ
"Neftçi" PFK-da yeni təyinat reallaşıb.
"Mediasport" xəbər verir ki, Burçin Keskin paytaxt klubunda hakim məsələləri və oyun qaydaları üzrə məsləhətçi vəzifəsində çalışacaq.
Türkiyəli mütəxəssis bu gün əsas komanda ilə görüşüb.
“Palms Sports Futbol Mərkəzi"ndə məşqçilər korpusu və futbolçularla bir araya gələn türkiyəli mütəxəssis oyun qaydalarındakı son dəyişikliklər, hakimlərə verilən tövsiyələr və digər məsələlər barədə seminar keçib.
Burçin Keskin futbol sahəsində fəaliyyətə əvvəlcə hakim kimi başlayıb.
Daha sonra hakimlərin təlimi və inkişafı sahəsində işləyib, uzun müddət Türkiyə Futbol Federasiyası (TFF) strukturunda müxtəlif vəzifələrdə çalışıb.
O, 2022-23-cü illərdə AFFA Hakimlər Komitəsində hakimlərin inkişafı üzrə məsləhətçi kimi fəaliyyət göstərib.
