"Qarabağ" oyunun taleyini həll edib desək, bəlkə də, bu, düzgün olmaz"

"Qarabağ" oyunun taleyini həll edib desək, bəlkə də, bu, düzgün olmaz"

"Qarabağ" oyunu taleyini həll edib desək, bəlkə də, bu, düzgün olmaz. "Ferensvaroş" oyuna motivasiya ilə çıxacaq. Açıqlamalarını oxuyanda bu hiss edilir".

Bunu "Mediasport"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev deyib.

Mütəxəssis "köhlən atlar"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Ferensvaroş"la Bakıdakı cavab oyununu dəyərləndirib:

"Macarıstan təmsilçisi özünü məğlub olmuş komanda kimi hiss etmir. Lakin "Qarabağ" həm hesabda, həm də oyun üslubuna görə irəlidədir. Futbolda hər bir nəticə gerçəkləşə bilər. "Qarabağ" həmişəki oyun üslubu ilə uğur qazanmağa çox yaxındır. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin astanasındadır. Bunun üçün "Qarabağ" 90 dəqiqə mübarizə aparacaq və bu işin öhdəsindən gələcək".

Xatırladaq ki, "Qarabağ" - "Ferensvaroş" matçı avqustun 27-i, saat 20:45-də start götürəcək.

Təmsilçimiz ötən həftə səfərdə 3:1 hesablı qələbə qazanıb.