"Sabah" Norveçdə 5 top buraxdı
UEFA Çempionlar Liqasının əsas mərhəlkəsində təmsilçimiz "Sabah"ın U-19 komandası Gənclər Liqasında növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Adino Mustedanagiçin baş məşqçisi olduğu olduğu kollektiv Norveçdə "Vikinq"lə qarşılaşıb.
Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Xatırladaq ki, paytaxt təmsilçisi əvvəlki turlarda Almaniyanın “Borussiya” (Dortmund) komandasına 0:2, Çexiyanın “Slaviya” kollektivinə 0:3, İngiltərənin “Mançester Yunayted” klubuna 0:5 hesabı ilə məğlub olmuşdu.

