"Araz-Naxçıvan"ın əsas oyunçusu dünya çempionatı üçün gedəcək

"Araz-Naxçıvan"ın əsas oyunçusu dünya çempionatı üçün gedəcək

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram növbəti dəfə Moldova millisinə dəvət alıb.

"Mediasport" xəbər verir ki, 31 yaşlı qolkiper qarşıdakı təlim-məşq toplanışında yığmanın düşərgəsində olacaq.

Moldova seçməsi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə qarşılaşacaq.

Martın 22-də Kişinyovda keçiriləcək matç "Zimbru"nun stadionunda baş tutacaq.