"Qarabağ" azarkeşləri komandanı bu dəfə 10 min manat ziyana saldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda Premyer Liqanın 1-ci turundan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzalar açıqlanıb.
"Sabah" oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə 2500 manat cərimələnib.
"Qarabağ" isə fanatları tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə 7000 manat ziyana düşüb.
Bununla yanaşı, oturacaqlar sındırıldığı, stadiona zərər vurulduğu üçün "Qarabağ" daha 3000 manat ödəməli olacaq. Stadiona dəymiş ziyan son çempion tərəfindən qarşılanacaq.
Ağdam klubuna həmçinin oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə xəbərdarlıq edilib.
