"Qarabağ" DÇ-2026-ya gedən 2 milyonluq futbolçunu transfer etdi
Yay hazırlıqlarını davam etdirən "Qarabağ" 3-cü transferini yekunlaşdırmaq üzrədir.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın "Riyeka" klubundan qapıçı Martin Zlomisliçlə güclənib.
Məlumata görə, "atlılar" transfer dəyəri 2 milyon avroya olan bosniyalının keçidini 500 minə həll ediblər.
Qolkiperin klubu ilə anlaşması bu ayın sonunda başa çatacağından "Qarabağ" xorvatlara təzminat ödəməyəcək.
27 yaşlı əlcək sahibi "Riyeak"da 53 oyunun 19-da qapısının toxunulmazlığını qoruyub.
Xatırladaq ki, 2024-cü ildən Bosniya və Herseqovina yığmasına çağırılan Zlomisliç DÇ-2026 üçün okeanın o tayına yollanan qafilədə yer alıb.
Qurban Qurbanovun komandası daha əvvəl Jali Mauddib və Zakaria Savonu heyətinə qatıb.


