"Təcrübəli məşqçiyəm, belə şeylərə fikir vermirəm" - Kurban Berdiyev

"Təcrübəli məşqçiyəm, belə şeylərə fikir vermirəm" - Kurban Berdiyev

"İlin sonuncu oyunu idi. Uşaqlar məsuliyyəti dərk edirdilər. Zədə səbəbindən həyətdə itkilər var idi. Bəzi futbolçular öz mövqelərində oynamırdı. Vacib qələbəyə görə onlara təşəkkürümü bildirirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 16-cı turunun "Kəpəz"lə oyunu haqda danışıb, 2:0 hesablı qələbəni şərh edib:


Ötən matçdan sonra azarkeşlər sizin ünvanınıza istefa şüarları səsləndirdilər. Bu gün təzyiq hiss edirdiniz?

- Xeyr. Mən təcrübəli məşqçiyəm. Belə şeylərə fikir vermirəm.

Azərbaycan mətbuatını izləyirsiniz?

- Rusiyada olanda da mətbuatda yazılanları oxumurdum. Mən yalnız öz işimə köklənirəm.

Qış təlim-məşq toplanışının planları qurulub?

- 4-18 yanvar tarixləri arasında Türkiyədə toplanış keçəcəyik. Ayın 10-u və 17-si yoxlama oyunlarımız olacaq.