Millimizin üzvü Niderlandda debütdə qol vurdu - VİDEO

Futbol üzrə Niderland çempionatında yeni mövsümə start verilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçünün də çıxış etdiyi "Volendam" ilk turda "Heerenveen"lə qarşılaşıb - 1:1.
Yığmamızın üzvü yeni klubunda debüt oyununa əsas heyətdə başlayıb və komandasına 1 xal qazandıran qolun müəllifi olub.