Qurban Qurbanov dünya şöhrətli azərbaycanlı döyüşçü ilə görüşdü

Qurban Qurbanov dünya şöhrətli azərbaycanlı döyüşçü ilə görüşdü

Bakıda ilk dəfə keçiriləcək “UFC Fight Night" turnirində iştirak edəcək azərbaycanlı idmançı Rafael Fiziyev Suraxanıda “Qarabağ” klubunun bazasında qonaq olub.

"Mediasport" xəbər verir ki, tanınmış döyüşçü Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov və futbolçu Bəhlul Mustafazadə ilə görüşüb.

Qurban Qurbanov Fiziyevi stadionla tanış edib, ona üzərində “11” yazılmış futbolka hədiyyə olunub.

Fiziyev isə Qurban Qurbanova UFC-nin rəsmi əlcəklərini təqdim edib.

Daha sonra Rafael Fiziyev və Bəhlul Mustafazadə məşhur “tirə zərbə” oyununda qüvvələrini sınayıblar. Ardınca Fiziyev Bəhlula bir neçə zərbə texnikasını nümayiş etdirib.

UFC-nin 47 milyonluq rəsmi instaqram səhifəsində tədbirdən foto və videolar paylaşılıb.