Premyer Liqa təmsilçisinin yeni baş məşqçisinin adı açıqlandı - RƏSMİ

Premyer Liqa təmsilçisinin yeni baş məşqçisinin adı açıqlandı - RƏSMİ

"İmişli"nin yeni baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Premyer Liqa klubunu Fərid Namazov çalışdıracaq.

Bölgə təmsilçisi 33 yaşlı çalışdırıcı ilə 1 illik müqavilə imzalayıb.

UEFA Pro kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.

Xatırladaq ki, Namazov bu postda Jorj Kaşkilyanı əvəz edib.