Mahir "Roma"ya qarşı oynadı

 Mahir "Roma"ya qarşı oynadı

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın “Kayzserslautern” klubunun heyətində növbəti matçına çıxıb.

"Mediasport" xəbər verir ki, hücumçu İtaliya nəhəngi "Roma" ilə yoxlama görüşündə oynayıb.

Forvard 2-ci Bundesliqa təmsilçisinin "canavarlar"a məğlub olduğu qarşılaşmanın ilk hissəsində meydanda olub.

Matç 1:0 hesabı ilə yekunlaşıb.