Azərbaycan çempionatı yekunlaşdı

 Azərbaycan çempionatı yekunlaşdı

Çimərlik futbolu üzrə Azərbaycan çempionatı başa çatıb.

"Mediasport" xəbər verir ki, ölkə çempionu adını “VTB Bank” komandası qazanıb.

“Marafon” ikinci, “Çinar Zəngilan” isə üçüncü yeri tutub.

13 qol vuran Elgün Abbaslı (“Çinar Zəngilan”) turnirin ən məhsuldar oyunçusu seçilib. Ən yaxşı qapıçı adına Elçin Qasımov (“VTB Bank”) layiq görülüb.

Ən yaxşı oyunçu Orxan Məmmədov (“Marafon”) olub.

Çempion kollektiv Azərbaycanı “Euro Winners Cup”ın əsas mərhələsində təmsil edəcək.

Gümüş mükafatçı bu yarışın pley-off raundu sayılan “Euro Challengers”ə qatılacaq.