"Kəpəz" qış toplanışında "Qəbələ" və "Karvan-Yevlax"la qarşılaşacaq

"Kəpəz" qış toplanışında "Qəbələ" və "Karvan-Yevlax"la qarşılaşacaq

"Kəpəz"in qış hazırlıq planı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, komanda təlim-məşq toplanışına yanvarın 3-də Gəncədə başlayacaq.

Hazırlıq prosesi qış fasiləsi başa çatana kimi davam edəcək. Bu müddət ərzində "sarı-göylər" 2 yoxlama oyununa çıxacaq.

"Sarı-göylər" yanvarın 10-da səfərdə "Qəbələ" ilə, 1 həftə sonra isə Yevlaxda "Karvan-Yevlax"la qarşılaşacaqlar.