AFFA Yüksək Qızlar Liqasında 2025/26 mövsümünün püşkü atıldı

AFFA Yüksək Qızlar Liqasında 2025/26 mövsümünün püşkü atıldı

AFFA-nın bayrağı altında təşkil edilən Yüksək Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün püşkü atılıb.

"Mediasport" xəbər verir ki, qurumun inzibati binasında keçirilən püşkatma mərasimində ilk olaraq AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edərək, turnirə qatılan komandalara uğurlar arzulayıb.

Daha sonra AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva çempionatın reqlamenti ilə bağlı məlumat verib.

AFFA Yüksək Qızlar Liqasında ötən mövsümlə müqayisədə komanda sayı iki dəfə artırılıb. 12 klubun iştirakı ilə təşkil olunacaq çempionat iki dövrədən ibarət – ev-səfər prinsipi ilə dairəvi sistemlə keçiriləcək. AFFA Yüksək Qızlar Liqasında I turun oyunları 9-12 oktyabr aralığında keçiriləcək.


AFFA Yüksək Qızlar Liqası. 1-ci tur


"Qəbələ" – "Araz-Naxçıvan"

"Sabah" – "Şəfa"

"Baku Juniors" – "Zaqatala"

"Sumqayıt" – "Təhsil"

"Dirçəliş" – "Liman"

"Neftçi" – Ümid" (Gəncə)