Stolüstü tennisçimiz beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda qüvvəsini sınayacaq.
"Mediasport" xəbər verir ki, o, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə iyunun 4-dən 7-dək İsveçin Helsinborq şəhərində təşkil olunacaq "WTT Youth Contender" turnirinə qatılacaq.
Onur həmçinin, Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 8-dən 13-dək İsveçin Halmstad şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.


