Azərbaycan İdman Akademiyası Türkiyənin media qurumlarında

 Azərbaycan İdman Akademiyası Türkiyənin media qurumlarında

Türkiyənin aparıcı media qurumlarından “A Haber” və “Sabah” telekanalının nümayəndələri Azərbaycan İdman Akademiyasını (ASA) ziyarət ediblər.

"Mediasport" xəbər verir ki, nüfuzlu KİV-lər təhsil ocağı haqda xüsusi reportaj hazırlayıblar.

Süjet ASA-nın fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıqlarına həsr olunub.

Reportajda ASA-nın rektoru Fuad Hacıyev, prorektoru Ülkər Babayeva və əməkdaşlar müsahibə veriblər.

Müsahiblər Akademiyada həyata keçirilən yeniliklər, tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və idman elminin inkişafına yönəlmiş layihələrdən danışıblar.

Süjet yaxın günlərdə Türkiyə ictimaiyyətinə təqdim ediləcək.