Qurban Qurbanov Yankoviçin vəziyyətinə aydınlıq gətirdi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” ilə keçirilən oyunda zədələnən "Qarabağ"ın futbolçusu Marko Yankoviçin vəziyyəti yaxşıdır.
"Mediasport" xəbər verir ki, tarixi qələbədə böyük pay sahibi olan monteneqrolu yarımmüdafiəçinin durumu ciddi deyil.
Bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Mütəxəssis deyib ki, Markonun vəziyyəti yaxşıdır, sadəcə, yorğun olduğu üçün əvəzlənməsini istəyib.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.