"Qarabağ"ın oyununun biletləri 3 manatdan satışa çıxarıldı
Premyer Liqanın 9-cu turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Satış məntəqələri:
iTicket.az-da onlayn satış;
Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası.
QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Oktyabrın 26-da "Azərsun Arena"da keçiriləcək görüş saat 18:30-da başlanacaq.
