Millimizin futbolçusu "Bayern"ə məğlubiyyəti kənardan izlədi

Millimizin futbolçusu "Bayern"ə məğlubiyyəti kənardan izlədi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevanın formasını geyindiyi "Hamburq" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, komanda 26-cı tur çərçivəsində evdə lider "Bayern"lə qarşılaşıb.

Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Müdafiəçi bu matçda forma şansı qazanmayıb.

"Hamburq" 14 komandalı liqada 18 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.