Renat Dadaşov ABŞ-yə yollandı
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Polşadan ayrılıb.
"Mediasport" xəbər verir ki, 25 yaşlı hücumçu liqada yaranmış fasilədən istifadə edərək ABŞ-yə yollanıb.
Forvard okeanın o tayına - Mayamiyə istirahətə sevgilisi ilə birlikdə səfər edib.
Xatırladaq ki, Polşanın Yüksək Liqa klubu "Motor"la yayadək müqaviləsi olan Dadaşovun bu qış komandadan ayrılacağı gözlənilir.
