Dünyanın ən dəyərli 10 futbol klubunun adı açıqlandı - SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı heyətə malik futbol klublarının "10-luğ"unu dərc edib.
"Mediasport" xəbər verir ki, planetin lideri İngiltərənin "Çelsi" klubu olub.
London təmsilçisinin ümumi dəyəri 2 milyard avroya yaxındır.
Dünyanın ən bahalı heyətə malik 10 klubu
1. "Çelsi", İngiltərə - 1,807 milyard avro
2." Real", İspaniya - 1,684 milyard
3. "Mançester Siti", İngiltərə - 1,485 milyard
4. "Arsenal", İngiltərə - 1,474 milyard
5. PSJ, Fransa - 1,440 milyard
6. "Liverpul", İngiltərə - 1,403 milyard
7. "Barselona", İspaniya - 1,352 milyard
8. "Tottenhem", İngiltərə - 1,047 milyard
9. "Bayern", Almaniya - 934 milyon
10. "İnter", İtaliya - 866 milyon