Şəhriyarla Teymur indiyədək 3 milyon dollara yaxın qazanıblar
"Chess.com” portalı şahmat tarixində ən çox mükafat qazanan qrossmeysterlərin siyahısını tərtib edib.
"Mediasport" xəbər verir ki, sıralamada mükafat fondu 10 000 dollardan çox olan yarışlar yer alıb.
Reytinqə norveçli Maqnus Karlsen başçılıq edir. O, indiyədək 12 milyon 232 min 249 dollar mükafat qazanıb.
Azərbaycanlı qrossmeysterlərindən Şəhriyar Məmmədyarov 1 milyon 781 min 988 dollar, Teymur Rəcəbov isə 1 milyon 117 min 290 dollar əldə ediblər.
Sıralamanın ikincisi 9 milyon 551 min 844 dollarla Anand Vişvanatan, üçüncücü 8 milyon 45 min 979 dollarla Harri Kasparovdur.
Cədvəl 2025-ci ilin dekabrın 31-nə olan nəticələr əsasında hazırlanıb.
