Rəşad Sadıqov 5 ay əvvəl gətirdiyi futbolçunu da yola saldı - RƏSMİ
Daha bir legioneri “Zirə”ni tərk edib.
"Mediasport" xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun təqdimatı əsasında qışda transfer edilən Anatoli Nuriyev yola salınıb.
Milliləşdirilmiş ukraynalı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Nuriyev "qartallar"ın heyətinə bu ilin fevralında "Sabah"dan qoşulmuşdu.
Xatırladaq ki, qəsəbə təmsilçisi onadək Rüfət Abdullazadə, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels və Tyaqo Silva ilə vidalaşıb.


