Azərbaycan çempionu UEFA-dan milyonlarla avro gəlir əldə edəcək

Azərbaycan çempionu UEFA-dan milyonlarla avro gəlir əldə edəcək

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Sabah" büdcəsini də xeyli zənginləşdirəcək.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu ümumilikdə 40 milyon manata yaxın gəlir əldə edəcək.

Yarışın 1-ci təsnifat mərhələsindən başlayaraq uğur qazanan "bayquşlar" əvvəlki 9 milyon avronun üstünə UEFA-dan əlavə 11 milyon avro mükafatı da gətiriblər.

Beləliklə, tarixində ilk dəfə qatıldığı Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edən "Sabah"ın qazancı ümumilikdə 39 milyon 680 min manat olacaq.

Xatırladaq ki, Valdas Dambrauskasın komandası pley-off mərhələsində İsrailin "Hapoel" Beer-Şeva klubunu iki matçın nəticəsinə əsasən 6:4 hesabı ilə üstələyib.