"Qarabağ" və "Zirə" ölkəmizin UEFA reytinqinə növbəti xalları yazdırdı

"Qarabağ" və "Zirə" ölkəmizin UEFA reytinqinə növbəti xalları yazdırdı

Avrokuboklarda mübarizəyə başlayan “Qarabağ” və “Zirə” yeni mövsümdə Azərbaycanın UEFA reytinqinə xallar gətirib.

"Mediasport" xəbər verir ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda İrlandiyanın “Şelburn” klubuna (3:0) səfərdə qalib gələn Ağdam təmsilçisi ölkəmizin hesabına 0,250 xal  yazdırıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi “qartallar” isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın “Hayduk” klubu ilə (1:1) heç-heçəyə görə Azərbaycana 0,125 əmsal qazandırıb.

Ölkəmiz hazırda 17,625 xalla reytinq sıralamasının 29-cu pilləsində qərarlaşıb. Bolqarıstan bir pillə aşağıda (16,625), Ukrayna isə (18,225) bizdən öndədir.