"Qarabağ"ın növbəti mərhələyə yüksəlmək şansı dəyərləndirildi
"Qarabağ"ın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqə qazanmaq şansı dəyərləndirilib.
"Mediasport" xəbər verir ki, "Football Meets Data" portalı Azərbaycan təmsilçisinin şansını 92 faiz dəyərləndirib.
Ağdam təmsilçisinin İslandiya klubu "Vestri" ilə oyunu bu gün saat 20:00-da start götürəcək.
Cavab oyunu isə iyulun 16-da Reykyavikdəki "Trouttarvöllur" stadionunda keçiriləcək.



