"Turan Tovuz" Boluda sabah Türkiyə klubu ilə qarşılaşacaq

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışı keçən "Turan Tovuz"un hazırlıq çərçivəsində ikinci yoxlama oyununda rəqibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyə 1-ci liqa təmsilçisi “Keçiörəngücü” ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Qeyd edək ki, "Turan Tovuz" Türkiyədə ilk hazırlıq matçında "Çorum"la 1:1 hesablı heç-heçə edib.