Bu gün UEFA Millətlər Liqasında yeni mövsümün püşkü atılacaq

Bu gün UEFA Millətlər Liqasında yeni mövsümün püşkü atılacaq

Bu gün UEFA Millətlər Liqasında yeni mövsümün püşkü atılacaq.

"Mediasport" xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək tədbirdə D Liqasına yuvarlanmış Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşəcək.

Püşkatma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Ayxan Abbasovun baş məşqçisi olduğu yığmamız püşkatmada 1-ci səbətdə yer alacaq. Komandamız 3 komandadan ibarət qrupda rəqibləri ilə ev-səfər prinsipi ilə 4 oyun keçirəcək.

D Liqasının son iki komandası gələn ay baş tutacaq pley-off görüşləridən sonra dəqiqləşəcək.

Qeyd edək ki, turnirdə yeni mövsüm sentybarın 24-də start götürəcək.


UEFA Millətlər Liqası. 2026/2027-ci illər mövsümü


A Liqası

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya

2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya

3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç

4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B Liqası

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail

2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna

3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya

4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo

C Liqası

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan

2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan

3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya

4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino

D Liqası

1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu

2-ci səbət: Lixtenşteyn, Andorra