"Sabah"dan ayrılan futbolçu Yunanıstan klubuna transfer edildi

"Sabah"dan ayrılan Sofian Çakla özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, müdafiəçi Yunanıstanda oynayacaq.
31 yaşlı mərakeşli AEL klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2023-2025-ci illərdə "Sabah"da forma geyinmiş Çakla 56 oyuna 5 qolla yadda qalıb.