"Rubin"in rəhbəri "Turan Tovuz"un baş məşqçisini mükafatlandırdı

Xəbər verdiyimiz kimi, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Rusiyanın “Rubin” klubunun qonağı olub.
O, Rusiya Premyer Liqasının 26-cı turunda keçirilən “Rubin” - “Fakel” oyunundan əvvəl “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib.
Kurban Berdıyev ardınca simvolik olaraq oyunda ilk toxunuşu yerinə yetirib.
Tovuz klubunun çalışdırıcısına “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.