"Azərbaycan çempionatı o qədər də populyar deyil" - Braziliyalı vinger

"Azərbaycan çempionatı o qədər də populyar deyil" - Braziliyalı vinger

"Azərbaycanda adaptasiyam problemsiz keçdi. Bu il ölkədəki üçüncü mövsümümdür".

Mediasport.com.az xəbər verir ki, bu sözləri Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos deyib.

Braziliyalı vinger "OneFootball" nəşrinə açıqlama verib, Azərbaycan Premyer Liqası və Braziliya A seriyasından, Azərbaycandakı durumundan danışıb:

"Əvvəl burada iki il futbol oynamışam, sonra İsrailə getdim. İndi yenidən Azərbaycandayam. Bu ölkənin futbolu ildən-ilə inkişaf edir, yerli komandaların Avropa Liqasında çıxış etməsi ölkəyə böyük diqqət yetirir.

Braziliya ilə fərq, məncə, fiziki komponentdir, burada o, daha vacib rol oynayır, halbuki Braziliyada istedad daha çox qiymətləndirilir. Amma braziliyalı kimi bura bir az daha möhtəşəm futbol gətirməyə çalışıram".

"Sambaçı" Azərbaycan Premyer Liqasının o qədər də populyar olmadığını etiraf edib:

“Ümumilikdə xaricdə oynamaq böyük problemdir. Buradakı iqlim tamamilə fərqlidir: çox soyuqdur və tez-tez güclü küləklər əsir. Bundan əlavə, liqa digər Avropa çempionatları və hətta Braziliya çempionatları qədər populyar deyil. Ancaq bu nüansları nəzərə almasanız, Azərbaycan yaşamaq üçün çox rahat yerdir və Avropa futbolunda diqqəti daha çox cəlb etmək üçün yerli çempionat inkişaf etməyə davam edir”.

Qeyd edək ki, cari mövsüm Premyer Liqanın bombardirlər siyahısında yalnız "Qarabağ"ın üzvü Leandro Andradedən (9 qol) geri qalan Santos 8 qol vurub, komandası 44 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.