"Sabah "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq" - Yaroş
"Sabah "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq. Komandamız son matçlarda inkişaf edib. Son iki oyuna əsasən bunu deyə bilərəm".
"Mediasport" xəbər verir ki, bu sözləri "Ayaks"ın qapıçısı Vitezslav Yaroş deyib.
Niderland klubunun 24 yaşlı çexiyalı qolkiperi sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda qarşılaşacaqları "Qarabağ"la görüş haqda fikirlərini bölüşüb:
"Yaxşı komandamız var. Burada məni hər şey qane edir. Xüsusən son oyunlarda inkişaf etmişik. Sabah yaxşı nəticə üçün oynayacağıq".
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.
