Sənədləri saxtalaşdıran qadın hakim Azərbaycan futbolundan 1 illik uzaqlaşdırıldı - QƏRAR

AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, 30.08.2025-ci il tarixində Əvəzedicilər liqasının 3-cü turunun "Sabah-2" - "Qarabağ-2" oyununda "Sabah-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Sabah-2" komandası 70 manat cərimə edilib (maddə 43.1).
31.08.2025-ci il tarixində Əvəzedicilər liqasının 3-cü turunun "Turan Tovuz-2" - "Araz-Naxçıvan-2" oyununda topdaşıyan uşaqların say limiti pozulduğuna görə "Turan Tovuz-2" komandası 200 manat ziyana düşüb (maddə 59.1).
31.08.2025-ci il tarixində Əvəzedicilər liqasının 3-cü turunun "Turan Tovuz-2" - "Araz-Naxçıvan-2" görüşündə oyun günü planı pozulduğuna (PFL himni səslənmədiyinə) görə "Turan Tovuz-2" komandası 200 manat cərimə ödəyəcək (maddə 61.1).
AFFA-nın liqalarında hakimlik edən Əhmədova Aytac Yusif qızı sənədləri saxtalaşdırdığına görə 12 ay müddətinə futbolla əlaqədar bütün fəaliyyətdən məhrum edilib (maddə 97.2).