"Sumqayıt" Azərbaycan Premyer Liqasında rəqiblərini qabaqladı
Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün ilk hissəsində 95 oyun keçirilib.
"Mediasport" Peşəkar Futbol Liqasdına istinadən xəbər verir ki, bu matçları 124 min 60 tamaşaçı izləyib. Orta göstərici 1306-yə bərabər olub.
XII turun “Sumqayıt” – “Qarabağ” matçında (2:4) daha çox tamaşaçı qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.
Daha bir görüşdə bu rəqəm 5 mindən yuxarı olub. X turun “Turan Tovuz” – “Şamaxı” qarşılaşmasını (2:1) Tovuz şəhər stadionunda 5800 izləyici seyr edib.
“Sumqayıt” ev oyunlarındakı orta tamaşaçı sayında 1-ci yerdə qərarlaşıb. “Turan Tovuz”un ikinci olduğu siyahıda ilk “üçlüy”ü “Neftçi” qapayır.
1 Sumqayıt 9 25810 2868
2 Turan Tovuz 7 17100 2443
3 Neftçi 8 14848 1856
4 Sabah 8 12855 1607
5 Qarabağ 7 10387 1484
6 Karvan-Yevlax 9 13120 1458
7 Şamaxı 7 7400 1057
8 Zirə 9 7950 883
9 Kəpəz 8 4850 606
10 Qəbələ 7 4000 571
11 İmişli 8 4200 525
12 Araz-Naxçıvan 8 1540 193
Cəmi 95 124060 1306
