Mövsüm yekunlaşmamış "Araz-Naxçıvan"da ayrılıq baş tutdu

 Mövsüm yekunlaşmamış "Araz-Naxçıvan"da ayrılıq baş tutdu

"Araz-Naxçıvan"da erkən ayrılıq baş tutub.

"Mediasport" xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

2023-2024-cü illər mövsümündən "qırmızı-ağlar"ın heyətində çıxış edən yarımmüdafiəçiyə klub rəhbərliyi karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, "sambaçı" "Araz-Naxçıvan"ın heyətində cari mövsüm 20 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.