Premyer Liqaya çıxan komanda daha 6 futbolçusunu yola saldı

Yeni mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək "İmişli" daha 6 futbolçusu ilə bağlı qərarını açıqlayıb.
"Mediasport" xəbər verir ki, Aran təmsilçisi Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Enrike və Xəyal Tomarovla başa çatan müqavilələrin müddətini artırmayıb.
Qeyd edək ki, bölgə klubu daha əvvəl Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovla yollarını ayırmışdı.